Millimizin futbolçusu "Nömme Yunayted"lə müqavilə bağlayıb

Millimizin futbolçusu "Nömme Yunayted"lə müqavilə bağlayıb

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Murad Vəliyev Estoniyada klubunu dəyişib.

Mediasport.az xəbər verir ki, 21 yaşlı forvard Yüksək Liqa təmsilçisi “Nömme Yunayted”lə müqavilə bağlayıb.

Hücumçunun Nömme klubu ilə anlaşması 2024-cü il dekabrın 31-nə qədər nəzərdə tutulub.

Qeyd edək ki, Vəliyev Estoniyanın köklü klublarından “Levadiya”nın yetirməsidir.