Banişevskinin vəfatından 25 il ötür

Banişevskinin vəfatından 25 il ötür

Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən biri, uzun illər "Neftçi" komandasının heyətində oynamış, SSRİ yığmasında çıxış etmiş, dövrünün ən güclü futbolçularından hesab edilən Anatoli Banişevskinin vəfatından 25 il ötür.

mediasport.az xəbər verir ki, bu gün mərhum futbolçunun ailə üzvləri, AFFA-nın əməkdaşları, futbol veteranları, futbol ictimaiyyətinin nümayəndələri A.Banişevskinin məzarını ziyarət edib, gül dəstələri qoyublar.