"Sabah" UEFA reytinqində Azərbaycana nə qədər xal qazandırdı?

"Sabah" UEFA reytinqində Azərbaycana nə qədər xal qazandırdı?

Avrokuboklarda debütünü qələbə ilə başa vuran “Sabah” ilk dəfə UEFA reytinqində Azərbaycanın aktivinə xal yazdırıb.

MediaSport.az xəbər verir ki, Avropa Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Latviyada RFS-i məğlub edən Murad Musayevin komandası ölkə reytinqinə 0,250 xal qazandırıb.

Bununla da Azərbaycanın cari mövsümdə əldə etdiyi xalların sayı 0,750-yə çatıb. Son beş mövsümdə ümumi xallarının sayı 15,000-ə çatan Azərbaycan reytinqdə 29-cu sırada qalıb.

Ölkəmizdən bir pillə irəlidə olan Sloveniyanin hesabında 16,000 xal var.

Reytinqə 88,928 xalla İngiltərə başçılıq edir. İspaniya (75,927) ikinci, İtaliya (71.569) isə üçüncü yerdə qərarlaşıb.