Almaniya klubu Bakıda dəstəksiz qalmayacaq - 600 azarkeş

Almaniya klubu Bakıda dəstəksiz qalmayacaq - 600 azarkeş

Avropa Liqasının qrup mərhələsinin son turunun “Qarabağ” - “Frayburq” görüşündə Almaniya tərəfi dəstəksiz qalmayacaq.

mediasport.az” xəbər verir ki, bu barədə Frayburq təmsilçisi məlumat yayıb. Bildirilib ki, sözügedən oyun üçün Bakıya 600 almaniyalı futbolsevər səfər edəcək.

Qarşılaşma sabah saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.