"Neftçi" - "Spartak" yoldaşlıq görüşünün biletləri satışa çıxarılıb

"Neftçi" - "Spartak" yoldaşlıq görüşünün biletləri satışa çıxarılıb

"Neftçi"nin Rusiya təmsilçisi "Spartak" (Moskva) ilə keçirəcəyi yoldaşlıq matçının biletləri satışa çıxarılıb.

Mediasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlərin qiyməti 2-15 manat aralığında dəyişir.

Matç üçün biletləri "İtickets" satış platformasından əldə etmək mümkündür.

Qeyd edək ki, "Neftçi" və "Spartak" arasında keçiriləcək yoldaşlıq görüşü martın 23-də, saat 18:00-da başlanacaq.