Azərbaycan yığmasının keçmiş yarımmüdafiəçisi futbola qayıtdı
Peşəkar karyerasını 2021-ci ilin yanvarında başa vuran Azərbaycan milli komandasının sabiq yarımmüdafiəçisi Rəşad Eyyubov futbola qayıdıb.
mediasport.az xəbər verir ki, 31 yaşlı futbolçu Region Liqasında yarışacaq “Füzuli”nin formasını geyinəcək.
“Simurq”, “Xəzər Lənkəran”, “Kəpəz”, “Qəbələ”, “Sumqayıt”,” “Neftçi” və "Sabah"ın şərəfini qorumuş Rəşad Ukraynanın U-17 yığmasından sonra Azərbaycanın əsas milli komandasında 7 oyun keçirib. Onun son klubu “Zirə” olub.