AÇ-2024: Məşhur futbolçular millimizə qarşı oynamayacaqlar?

AÇ-2024: Məşhur futbolçular millimizə qarşı oynamayacaqlar?

Avstriya yığması AVRO-2024-ün seçmə qrup mərhələsinin Belçika və Azərbaycan yığmaları ilə matçlar öncəsi çətin vəziyyətə düşüb.

Mediasport.az xəbər verir ki, komandanın 7 əsas futbolçusu "zədə epidemiyası"ndan əziyyət çəkir.

Milan "İnter"ində icarə əsasında çıxış edən təcrübəli Marko Arnautoviçin oktyabrdakı görüşlərdə iştirak etməyəcəyi dəqiqləşib. Yığmanın lideri David Alaba və Stefan Poş klublarında zədələnib. Əsas hücumçulardan Marsel Sabitser, eləcə də Mixael Qreqoritş, Florian Qrillitş və Filip Muene də zədəsini sağaltmağa çalışır.

Qeyd edək ki, oktyabrın 13-də Belçika ilə qarşılaşacaq Avstriya seçməsi 3 gün sonra Bakıda millimizin qonağı olacaq.