Azərbaycan - Slovakiya oyununu norveçli hakim Saqqi idarə edəcək

Azərbaycan - Slovakiya oyununu norveçli hakim Saqqi idarə edəcək

Azərbaycan milli komandası UEFA Millətlər Liqasının 4-cü turunda Slovakiya ilə qarşılaşacaq.

Mediasport.az xəbər verir ki, qarşılaşmada əsas söz sahibi FİFA referisi Rosit Saqqi (Norveç) olacaq.

Ona Morten Yensen və Anders Olav Dale kömək göstərəcək. Siqurd Krinqstad dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Görüş 14 oktyabr, 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.