"Ona görə Azərbaycan millisinin məğlubiyyəti böyükhesablı olmadı"
"Azərbaycan millisi Fernandu Santuşun təyinatından sonra qarışıq təəssürat yaradır. İsveçlilərə qarşı (1:3) əldən verilmiş penalti də daxil olmaqla, çoxlu şanslar yaratdılar".
Mediasport.az xəbər verir ki, bu fikirlər Rusiya mətbuatında yer alıb.
Məşhur "Sport Ekspress" nəşri Azərbaycan millisinin UEFA Millətlər Liqasının C1 qrupunun 2-ci turu çərçivəsində Slovakiya yığmasına məğlubiyyətini şərh edib.
"Slovakiyada azərbaycanlılar çox gec fəallaşdılar - dörd dəqiqə ərzində iki qol buraxdılar. Sanki qonaqların yaxşı müdafiə olunan komandası penalti zərbəsi ilə “sındırıldı”. Ozan Kökçünün zərbəsini isə Martin Dubravka dəf etdi. Azərbaycan oyuna qayıtmaq şansından məhrum oldu. Bundan sonra Mahaçqaladan olan Mehdi Cənnətov daha çox ön planda idi, onun sayəsində Azərbaycan millisinin məğlubiyyəti böyükhesablı olmadı".
Xatırladaq ki, komandamız Koşitsedə baş tutmuş dueldə 0:2 hesabə ilə uduzub.