Adı "Neftçi" ilə birlikdə hallanan məşqçinin 27-ci iş yeri Türkiyə oldu
Adrian Mutunun təyinatına qədər adı "Neftçi" ilə birlikdə çəkilən Marius Şumudiça yenidən Türkiyədə çalışacaq.
Mediasport.az xəbər verir ki, 52 yaşlı rumıniyalı mütəxəssis Superliqa təmsilçisi "Qaziantep"in baş məşqçisi təyin edilib.
Məşqçilik karyerası ərzində 27-ci dəfə yeni iş yerində fəaliyyətə başlayacaq Şumudika cari mövsüm Superliqanın 4 matçının hamısında məğlubiyyət yaşayan Erdal Güneşi əvəzləyib.
O, 2019/2021-ci illərdə Türkiyədə məhz Antep klubunun "sükanı" arxasında olub. Bundan başqa, "Kayserispor", "Rizespor" və "Yeni Malatyaspor"da da işləyib.
Rumıniyalı 2005-ci ildən məşqçilik fəaliyyəti göstərir.