“Neftçi”nin zədələnən futbolçusu xəstəxanadan evə buraxılıb
“Neftçi”nin U-15 komandasının futbolçusu Nurəziz Əzizov evə buraxılıb.
Mediasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, AFFA U-15 Liqasının XV turunun “Ulduz Mingəçevir”lə oyununda zədələnmiş qapıçı "Liv Bona Dea Hospital"da müalicəsini başa vurub.
Matçın 37-ci dəqiqəsində cərimə meydançası daxilində rəqibin hücumçusu ilə toqquşaraq qarın boşluğundan zərbə alan Nurəziz Əzizovun dalağı partlayıb.
O, Kürdəmir Mərkəzi Xəstəxanasında əməliyyat olunub.