Qurban Qurbanov məşqçi kimi ikinci dəfə qırmızı vərəqə alıb
Azərbaycan Premyer Liqasının 7-ci turunun "Qəbələ" - "Qarabağ" qarşılaşmasında maraqlı hadisə qeydə alınıb.
Mediasport.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov kifayət qədər gərgin keçən görüşün 88-ci dəqiqəsində qırmızı vərəqə alaraq texniki zonadan uzaqlaşdırılıb.
Məşqçi karyerası ərzində qarşısında ikinci dəfə qırmızı vərəqə görən təcrübəli mütəxəssis ikinci rəsmi xəbərdarlığın ardından stadionu tərk etmək məcburiyyətində qalıb. O, ilk hissədə futbolçular arasında yaşanan insidentdən sonra birinci sarı vərəqəni almışdı.
Qurbanovun meydandan qovulmasına baş hakim Elçin Məsiyevin qərarından sonra dördüncü hakimə sərt etirazı səbəb olub.
Qeyd edək ki, məşqçi bir neçə il əvvəl "İnter"lə (indiki "Şamaxı") görüşdə də qırmızı vərə alıb.