AFFA Bakıda keçiriləcək "Dinamo" - "Jelezniçar" oyunu üçün hansı məsələlərdə köməklik göstərib?

AFFA Bakıda keçiriləcək "Dinamo" - "Jelezniçar" oyunu üçün hansı məsələlərdə köməklik göstərib?

Dinamo" (Belarus) - "Jelezniçar" (Bosniya və Herseqovina) oyununun stadion məsələsini nominal meydan sahibi olacaq Minsk klubu ilə "Qarabağ" rəhbərliyi öz aralarında danışıb həll ediblər.

Məlumatı MediaSport.az saytına AFFA-nın mətbuat xidməti verib.

Qurumdan saytımıza bildirilib ki, federasiya UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin cavab görüşü çərçivəsində iyulun 20-də Bakıda keçiriləcək qarşılaşma üçün müəyyən məsələlərdə köməklik göstərib. Öyrəndik ki, qurum əsasən, "Dinamo"nun Bakıya gəliş-gediş və sənədləşmə, həmçinin, matçın hakimləri, hakim-inspektoru və UEFA nümayəndəsinin ölkəmizə rahat giriş-çıxış etmələri üçün sənədləşmə və təşkilati məsələlərdə yardımçı olub.

Federasiyadan saytımıza onu da əlavə etdilər ki, Minsk klubu stadionda istifadə olunacaq texniki avadanlıqlar baxımından logistika məsələlərini də öz travel şirkətləri vasitəsilə həyata keçirib. Yəni, "Azərsun Arena"da oyun zamanı istifadə ediləcək texniki-elektronik avadanlıqlar meydan sahibi "Dinamo"nun özünə məxsusdur.

İlk matçı 2:2 hesabı ilə başa çatan görüş saat 21:00-da başlanacaq. Cütün qalibi II təsnifat mərhələsində "Neftçi"yə rəqib olacaq.