Ruslan Abışov "Neftçi"nin heyətində "Zenit"lə oyuna çıxacaq

Ruslan Abışov "Neftçi"nin heyətində "Zenit"lə oyuna çıxacaq

Bugünlərdə peşəkar futbolçu karyerasını başa vuran Azərbaycan millisi və "Neftçi"nin sabiq futbolçusu Ruslan Abışov vida matçına çıxacaq.

Mediasport.az xəbər verir ki, 36 yaşlı keçmiş müdafiəçi paytaxt təmsilçisinin Bakıda "Zenit"ə qarşı yoldaşlıq oyununda meydanda olacaq.

Noyabrın 18-də baş tutacaq "Neftçi" - "Zenit" qarşılaşması saat 21:00-da başlanacaq.

Qeyd edək ki, Ruslan Abışov 2006-2012 və 2017-2019-cu illərdə “Neftçi”də çıxış edib, 2011-ci və 2012-ci illərdə bu komandanın heyətində Azərbaycan çempionu olub.