"Neftçi" Yaponiya əsilli braziliyalı vingerin keçidini həll etdi - RƏSMİ
"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.
MediaSport.az xəbər verir ki, "ağ-qaralar" braziliyalı vinger Andre Şinyaşikini transfer ediblər.
Paytaxt təmsilçisi 26 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalayıb. Forvardın son klubu "Şarlott" (ABŞ) olub.
Vinger olan, eyni zamanda hücumun mərkəzində doynaya bilən Şinyaşikinin karyerası ABŞ ilə bağlıdır.
Yaponiya əsilli braziliyalı futbolçu "Denver", "Kolorado" və "Şarlott"da forma geyinib. Andre bu mövsüm MLS-də 5 oyunda iştirak edib və fərqlənə bilməyib.
Qeyd edək ki, “Neftçi” bundan əvvəl milli komandamızın üzvləri – qapıçı Emil Balayev, Xorvatiya əsilli yarımmüdafiəçi Filip Ozobiç, mərkəz müdafiəçiləri – braziliyalı Yuri Matias və macarıstanlı Mark Tamaş, təcrübəli dayaq yarımmüdafiəçisi Qara Qarayev və sağ cinah müdafiəçisi Ervin Koffi ilə anlaşıb.