AFFA hakimləri söyən məşqçini 5 oyunluq diskvalifikasiya edib

AFFA hakimləri söyən məşqçini 5 oyunluq diskvalifikasiya edib

AFFA İntizam Komitəsi 1-ci Liqada yarışan MOİK-in məşqçisi Orxan Səfiyarovu cəzalandırıb.

Mediasport.az xəbər verir ki, buna səbəb gənc mütəxəssisin hakimləri təhqir etməsi olub.

O, 15-ci turun “Qaradağ Lökbatan”la qarşılaşmasında ədalət təmsilçilərinin ünvanına nalayiq ifadələr işlədib.

İK görüşün sonlarında meydandan qovulan məşqçini 5 matçlıq diskvalifikasiya edib.

"Hərbçilər" buna görə 400 manat cərimə ödəyəcəklər.

"Ordu klubu"nun futbolçusu Nazim Məmmədzadə isə qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyunluq cəzalandırılıb, klubu 200 manat cərimə edilib.