"Lunyovu milliyə niyə çağırıblar? Vaxtı keçib, onu unutmaq lazımdır"
"Lunyov iki-üç ildir Rusiyada oynamır. Almaniyada oynamadı, sonra Azərbaycana getdi. “Zenit”ə lazım olsaydı, onu oradan buraxmazdılar".
Mediasport.az xəbər verir ki, bu sözləri "Euro-Futbol.Ru"ya açıqlamasında Rusiyalı futbol funksioneri Pavel Stipidi deyib.
Keçmiş futbol hakimi "Qarabağ"ın qapıçısı Andrey Lunyovun Rusiya milli komandasına dəvət edilməsinin səhv qərar olduğunu vurğulayıb.
"Onu indi milli komandaya niyə çağırıblar? Qapıçılarımız yoxdur, yoxsa nə? Lunyovu unutmaq lazımdır, artıq onun vaxtı keçib. Bizim çempionatda, demək olar, bütün klubların qapıçıları kifayət qədər gənc və güclüdürlər".
Bildirək ki, 32 yaşlı qolkiper uzun fasilədən sonra yenidən Rusiya milli komandasına çağırılsa da, Avropa Liqasının "Qarabağ - "Bayer" oyununda zədələndiyi üçün heyətdən çıxarılıb.