Musa Qurbanlı: "Əlimə düşən qol şansını qaçırdığım üçün məyusam"
Azərbaycan yığmasının hücumçusu Musa Qurbanlının heyətində çıxış etdiyi "Yurqorden" Avrop Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda "Lütsern"ə məğlub olub.
MediaSport.az xəbər verir ki, forvard komandasının İsveçrə təmsilçisinə doğma meydanda 1:2 hesabı ilə uduzduğu matçda qaçırdığı qol şansından danışıb.
İsveç mətbuatına açıqlama verən Musa növbəti görüşlərdə fürsəti maksimum dəyərələndirəcəyinə çalışacağını deyib:
"Matçın nəticəsi bizimçün yaxşı alınmadı. Əlimə düşən qol şansını qaçırdığım üçün məyusam. Adətən belə fürsətlərdən yararlanmağı yaxşı bacarıram. Qarşıdakı matçda çalışacam ki, imkandan istifadə edim. Mənə formamı daha yaxşı səviyyəyə çatdırmaq üçün bir qədər vaxt lazımdır. Ümid edirəm ki, hər şey yaxşı olacaq".
Qeyd edək ki, “Yurqorden” “Lütsern”lə cavab qarşılaşmasını avqustun 3-də İsveçrədə keçirəcək.