AFFA İcraiyyə Komitəsinin üzvü Avropa Liqasına təyinat alıb
AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.
Mediasport.az xəbər verir ki, o, UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Trabzonspor” (Türkiyə) – “Rujomberok” (Slovakiya) oyununun UEFA nümayəndəsi olacaq.
Avqustun 1-də Trabzon şəhərində yerləşən “Şenol Güneş İdman Kompleksi”ndə təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 21:30-da başlanacaq.