AFFA İntizam Komitəsi Xaqani Məmmədovu 2 illik cəzalandırıb
İntizam Komitəsinin iclası keçirilib.
Mediasport.az PFL-ə istinadən xəbər verir ki, iclasda aşağıdakı qərar qəbul edilib:
Azərbaycan Premyer Liqasında sonuncu dəfə “Araz-Naxçıvan” klubunda məşqçi işləmiş 29.09.1976-cı il təvəllüdlü Məmmədov Xaqani Nürəddin oğlu “Oyunların toxunulmazlığı” Komissiyasının təlimatını pozduğuna görə 2 il müddətinə şərti cəzalandırılsın.
Sınaq müddəti 24 ay təyin edilsin (maddə 105, 32).