Bölgə klubunun hakimləri söyən məşqçisinə 5 oyunluq cəza verilib
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Mediasport.az xəbər verir ki, Azərbaycan 2-ci Liqasında çıxış edən “Kür-Araz”ın məşqçisi Üzeyir Sefizadə 5 oyunluq cəzalanıb.
Mütəxəssis “Baku Sportinq”ə qarşı 11-ci turun ev oyunu başa çatandan sonra hakimləri təhqir edib.
Bölgə təmsilçisi Sefizadənin qeyri-etik ifadələrinə görə 400 manat cərimələnib.