Futbolçuları hakimləri söyən bölgə klubuna texniki məğlubiyyət verilib

Futbolçuları hakimləri söyən bölgə klubuna texniki məğlubiyyət verilib

AFFA İntizam Komitəsi Region Liqasında hakimləri təhqir edən şəxsləri cəzalandırıb.

Mediasport.az xəbər verir ki, “Ümid” (Saatlı) komandası ilə görüşdə “Olimpiya Ağcabədi”nin ehtiyat oyunçuları və özünü komandanın nümayəndəsi adlandıran şəxslər hakimin üzərinə yüyürərək təhqiramiz ifadələr işlədiblər.

Referini təhdid etdiklərinə görə matç yarımçıq dayandırılıb və qərara əsasən, Ağcabədi klubuna texniki məğlubiyyət verilib.

“Olimpiya Ağcabədi”nin futbolçusu Cəlil Abdullayev və komanda yoldaşı Şahin Rüstəmov hakimləri təhqir etdikləri üçün 5 oyunluq cəzalandırılıblar.

"Cürət" - İCBFA görüşündə meydan sahiblərindən Murad İsayev, qonaqlardan Nadir Əzimli də referiləri təhqir etdikləri üçün 4 oyunluq cəza ilə üzləşiblər.