"Fəxri prezident "Frayburq"la oyunqabağı futbolçulara nə dedi?

"Fəxri prezident "Frayburq"la oyunqabağı futbolçulara nə dedi?

Qarabağ"ın prezidenti Tahir Gözəl bu gün "Frayburq"la keçiriləcək oyun öncəsi komandanın düşərgəsini ziyarət edib.

mediasport.az xəbər verir ki, klubun başqanı Ağdam təmsilçisinin daha bir tarixi oyunu ərəfəsində baş məşqçi Qurban Qurbanovla görüşüb, ona və komandasına inandığını deyib. Tahir Gözəl komandaya uğurlar arzulayıb.

"Qarabağ" - "Frayburq" qarşılaşması saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.