"Fasiləyə görə bu oyunu keçirmək tam yerinə düşdü" - Elmar Baxşıyev
"Millinin oyunları ilə əlaqədar çempionatda yaranmış fasiləyə görə bu oyunu keçirmək tam yerinə düşdü".
Mediasport.az xəbər verir ki, bu sözləri "Sumqayıt" və "Araz-Naxçıvan" arasında keçirilən yoldaşlıq matçından sonra Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev deyib.
Mütəxəssis komandasının 5:1 hesablı qələbə qazanmasına baxmayaraq, boşluqların olduğunu bildirib:
"Maraqlı oyun alındı. Çalışdıq ki, heyətin bütün üzvlərinə şans verək. Hər hissəyə fərqli heyətlə çıxdıq. Böyükhesablı qələbə qazandıq, amma üzərində işləməli olduğumuz məqamlar var. Qarşıda bizi "Kəpəz"lə çətin oyun gözləyir. Artıq həmin matçı düşünməliyik".
"Araz-Naxçıvan" Premyer Liqanın 6-cı turunda "Kəpəz"i qəbul edəcək. Matç 13 sentyabr, 19:30-da keçiriləcək.