AFFA-nın Naxçıvanda hakimlər üçün keçirdiyi seminar yekunlaşdı

AFFA-nın Naxçıvanda hakimlər üçün keçirdiyi seminar yekunlaşdı

AFFA və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə Naxçıvanda hakimlər üçün seminar keçirilib.

Mediasport.az xəbər verir ki, seminardan sonra hakimlərə təşəkkürnamə təqdim edilib.

Seminara AFFA Hakimlər Departamentinin rəhbəri Ömər Paşayev, fitnes məşqçisi Namik Quliyev, Hakimlər Departamentinin mütəxəssisi Bəxtiyar Osmanov və Hakimlər Komitəsinin üzvü Anar Salmanov rəhbərlik edirlər.

Ömər Paşayev strukturun yaradılması, yeni hakimlərin cəlb edilmə strategiyası, Anar Salmanov teoretik və praktik dərslər, Namik Quliyev fiziki hazırlıq, Bəxtiyar Osmanov yarışların idarəetmə sistemi, qeydiyyat, istifadə qaydası ilə bağlı məlumat verirlər.