UEFA: "Qarabağ" səhvlərinə görə “Budö Qlimt”i cəzalandırdı"

UEFA: "Qarabağ" səhvlərinə görə “Budö Qlimt”i cəzalandırdı"

UEFA-nın rəsmi saytı “Qarabağ”ın Avropa Liqasının əsas mərhələsinin "Budö Qlimt"lə Norveçdə baş tutan 4-cü tur oyununda qazandığı qələbədən yazıb.

Mediasport.az xəbər verir ki, Avropa futbol qurumunun rəsmi orqanı Azərbaycan çempionunun cari yarışda ilk qələbəsinə şərh edib.

Yazıda qeyd olunub ki, "köhlən atlar" matçda parlaq çıxış etməsələr də, ilk xallarını əldə etməyi bacardılar:

“Qarabağ” ən parlaq oyununu keçirmədi, buna rəğmən, ilk xallarını və ilk qələbəsini qazandı. Ağdamlıların əsas üstünlüyü meydan sahiblərinin yaratdığı şansları reallaşdıra bilməsidir.

Qurban Qurbanovun komandasına ilk qolu qismən qapıçı Nikita Haykin hədiyyə etdi. O, topu uğursuz uzaqlaşdırdı, Toral Bayramov isə onu götürdü və uzaqdan gözəl zərbə endirdi.

Meydan sahibləri çox çalışdı və ilk hissədə bir neçə şans yaradaraq hesabı bərabərləşdirdi. İkinci hissədə “Qarabağ” müdafiədəki səhvlərə görə “Budö Qlimt”i cəzalandırdı. Abdullah Zubir cərimə meydançasına doğru irəlilədi və demək olar ki, maneəsiz sol küncdən zərbə endirdi”.

Xatırladaq ki, "Qarabağ" səfərdə 2:1 hesablı qələbəni rəsmiləşdirib.