Ciddi xəsarət alan Ramazanovun səhhəti ilə bağlı ŞAD XƏBƏR

Ciddi xəsarət alan Ramazanovun səhhəti ilə bağlı ŞAD XƏBƏR

Premyer Liqanın 12-ci turunun “Turan Tovuz”la ev oyununda rəqiblə toqquşmadan sonra başından ciddi zədə alan “Səbail”in futbolçusu Ağabala Ramazanovun səhhəti yaxşılaşır.

Mediasport.az xəbər verir ki, 30 yaşlı forvard bugünlərdə evə buraxılacaq.

Bayıl klubunun kapitanının keçmiş komanda yoldaşı Orxan Qurbanlı da xəstəxanada ziyarət etdiyi Ağabala ilə fotosunu paylaşaraq "həmişə ayaq üstə" yazıb.

Qeyd edək ki, hücumçu ilk hissənin sonlarında Tovuz təmsilçisinin üzvü Faiq Hacıyevlə mübarizədə ağır xəsarət alaraq huşunu itirmişdi.