Premyer Liqada mövsümün ikinci yarısının rekordu təkrarlanıb

Premyer Liqada mövsümün ikinci yarısının rekordu təkrarlanıb

Azərbaycan Premyer Liqasının XXXI turunda qapılara 18 qol vurulub.

Mediasport.az Peşəkar Futbol Liqasına saytına istinadən xəbər verir ki, “Turan Tovuz” - “Sumqayıt” (1:4) matçında 5, “Qarabağ” – “Qəbələ” (2:2) və “Zirə” – “Neftçi” (3:1) oyunlarının hərəsində 4, “Kəpəz” – “Sabah” (1:2) qarşılaşmasında 3, “Araz-Naxçıvan” – “Səbail” (0:2) görüşündə 2 qol qeydə alınıb.

Bu, mövsümün ikinci yarısının rekordunun təkrarıdır. XXV turda da 18 qol vurulub. Hər iki halda orta məhsuldarlıq 3,60-a bərabər olub.

Mövsümün rekordu isə X və XVI turlarda qeydə alınıb. Həmin vaxt 19 qol vurulub və orta göstərici 3,80 olub.