De Byazidən həmyerlilərinə növbəti nağıl: "Yanvarda gedə bilərdim"

De Byazidən həmyerlilərinə növbəti nağıl: "Yanvarda gedə bilərdim"

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi İtaliya mətbuatına açıqlama verib.

mediasport.az xəbər verir ki, 67 yaşlı mütəxəssis həmyerlilərinə yanvar ayında iş yerini dəyişmək imkanının olduğunu deyib.

Veteran məşqçi bildirib ki, dəvətlər olsa da, AFFA ilə müqaviləsinə hörmətlə yanaşıb və yığmamızda qalmağa üstünlük verib. De Byazi hətta Azərbaycan millisi ilə Albaniyada qazandığı uğurları təkrarlamaq arzusunda olduğunu dilə gətirib:

"Həmişə nəticə üçün yaşamışam. Lakin burada vəziyyət bir qədər fərqli oldu. Uduzanda çox tez əsəbiləşirəm. Tezliklə Estoniya ilə qarşılaşacağıq, yaxşı nəticə qazanacağımıza inanıram".

Bildirək ki, yığmamızı 2020-ci ilin avqustundan çalışdıran məşqçinin AFFA ilə müqaviləsi 2022-ci ilin oktyabrında daha bir tsikl üçün uzadılıb. O, 2023-cü ildə keçiriləcək AÇ-2024-ün seçmə mərhələ görüşlərində komandamızın "sükanı" arxasında olacaq.

Almaniyada təşkil olunacaq qitə birinciliyinin seçmə mərhələsində F qrupunda yer alan millimiz artıq 2 oyun keçirib və hər 2 görüşdə böyük hesabla uduzub. Səfərdə Avstriyaya 1:4, İsveçə isə 0:5 hesabları ilə məğlub olmuşuq.