Qızlarımızı bu dəfə litvalılar "döydülər"

Qızlarımızı bu dəfə litvalılar "döydülər"

Bakıda keçirilən 17 yaşadək həndbolçu qızların Avropa çempionatında qrup mərhələsinin 4-cü turunun oyunları keçirilib.

mediasport.az xəbər verir ki, günün ilk matçında Gürcüstan və Sloveniya komandaları üz-üzə gəliblər.

Görüş Sloveniya millisinin qələbəsi ilə nəticələnib - 30:14.

Lüksemburq - Farer adaları qarşılaşmasında qalib müəyyənləşməyib - 24:24.

İspaniya İsrail kollektivi üzərində asan qələbə qazanıb - 37:15.

Litva - Azərbaycan matçında isə millimiz yenə böyük hesabla məğlub olub - 14:47.

Bu gün baş tutacaq Farer adaları - İspaniya, Gürcüstan - Bosniya və Herseqovina, Lüksemburq - Yunanıstan və Sloveniya - Litva görüşləri ilə qrup mərhələsinə yekun vurulacaq.

Qeyd edək ki, yığmamız qrupda Gürcüstana 13:39, Sloveniyaya 6:58, Bosniya və Herseqovina yığmasına isə 17:61 hesabları ilə uduzub.