Azərbaycan Kuboku yarışı keçiriləcək

Azərbaycan Kuboku yarışı keçiriləcək

Mayın 9-da Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş həndbol üzrə 29-cu Azərbaycan Kuboku yarışı keçiriləcək.

mediasport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Həndbol Federasiyasının birgə təşkil etdiyi yarışda 7-si kişi, 5-i qadın olmaqla 12 komanda iştirak edəcək.

Kişilərin turnirində “Bakı”, “Təhsil”, “Məhsul”, “İdman Akademiyası”, “Dinamo”, RİOEUGİM, U-16 qələbə uğrunda mübarizə aparacaq. Qadın həndbolçuların yarışında isə “Azəryol”, “Qarabağ”, “İdman Akademiyası”, “Azərsu” və U-16 kollektivləri qüvvəsini sınayacaq.