Ölkə çempionatında növbəti turların oyunları keçirildi
Kişi həndbolçular arasında Azərbaycan çempionatında daha 2 - V və VI turların görüşləri keçirilib.
mediasport.az xəbər verir ki, yarışın əsas favoritlərindən sayılan “Dinamo” RİOEUGİM kollektivini hər iki oyunda məğlub edib - 45:21 və 52:21.
“Məhsul” - U-16 görüşlərində də səviyyə fərqi hesabda əksini tapıb - 43:18 və 16:45.
“İdman Akademiyası” - “Təhsil” matçları daha gərgin mübarizə ilə yadda qalıb. İlk qarşılaşmada “İdman Akademiyası” qələbə qazanıb - 31:24. Növbəti dueldə isə sevinən tərəf "Təhsil" olub - 27:26.
6 oyundan 17 xal toplayan “Məhsul” çempionatın lideridir. “İdman Akademiyası” 15 xalla 2-ci, iki oyun keçirən “Dinamo” 12 xalla 3-cü pillədədir. 4-cü pillədəki “Təhsil”in 9, 5-ci yerdə qərarlaşan “Bakı”nın 1 xalı var. RİOEUGİM və U-16 komandaları hələlik xal qazana bilməyiblər.