Yayda təyin edilən Azərbaycan klubunun baş məşqçisi istefa verdi

Yayda təyin edilən Azərbaycan klubunun baş məşqçisi istefa verdi

Futbol üzrə Azərbaycan 1-ci Liqasında baş məşqçi istefası olub.

Mediasport.az xəbər verir ki, "Cəbrayıl"ın baş məşqçisi Elhad Nəziri postunu tərk edib.

32 yaşlı məşqçi komandadan öz istəyi ilə getdiyini bildirib.

Qeyd edək ki, Elhad Nəziri mövsümün əvvəlində "Cəbrayıl"ın baş məşqçisi təyin olunmuşdu.

Bölgə təmsilçisi I Liqada 11 turdan sonra 14 xal toplayıb və turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.