Vitse-prezident idmançılar və məşqçi-müəllimlərlə görüşüb

Vitse-prezident idmançılar və məşqçi-müəllimlərlə görüşüb

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov qərb bölgəsinə səfər edib.

Mediasport.az xəbər verir ki, federasiya rəsmisi Gəncə, Samux, Qazax, Ağstafa və Gədəbəydəki ağırlıqqaldırma infrastrukturunun son durumu ilə tanış olub, idmançılar, məşqçi-müəllimlərlə görüşüb, məşq prosesini izləyib. 

O, federasiyanın, xüsusilə, regionlardakı klub və cəmiyyətlərlə sıx təmasda olduğunu, bundan sonra da dəstəklərini davam etdirərək diqqət mərkəzində saxlayacaqlarını deyib. Eyni zamanda, yeni nəsil idmançıların yetişdirilməsi, kütləviliyin artırılması, müxtəlif yarışların keçirilməsiylə seçim imkanlarının genişləndirilməsinin vacibliyi vurğulanıb.

Umudov məşqçilərlə müzakirələr zamanı idmançıların mövcud potensialı və cari hazırlıq səviyyəsinin artırılması üçün görüləcək işlər haqda danışıb, rəy və təklifləri dinləyib.