Azərbaycanın dünya və Avropa çempionu narkotik satanda tutuldu

Azərbaycanın dünya və Avropa çempionu narkotik satanda tutuldu

Ağır atletika üzrə milli komandamızın keçmiş idmançısı Boyanka Kostova həbs olunub.

mediasport.az xəbər verir ki, məlumatı bolqar əsilli atletin şəxsi məşqçisi Laçezar Kişkilov “Max Telegraf” nəşrinə açıqlamasında deyib.

- Kostova yanlış insanlarla rastlaşdı və pis mühitə düşdü. Mən ona dəfələrlə xəbərdarlıq etmişdim. Amma artıq gec idi. Ona dedim ki, pul qazanmağın başqa yolu da var. Lakin bu, işə yaramadı. Onu məhəllədə narkotik satarkən tutublar. 9 ay müddətə azadlıqdan məhrum edilib, cəzasını Sliven həbsxanasında çəkir.

Boyanka 2012, 2015 və 2016-cı illərdə Avropa, 2015-ci ildə isə dünya çempionu olub. Beynəlxalq Ağırlıqqaldırma Federasiyası ötən il dopinqdən istifadə etdiyi üçün idmançını 8 il müddətə diskvalifikasiya etmişdi.