Milli komandamız Ermənistanda keçiriləcək AÇ-yə gedir? - AÇIQLAMA

Milli komandamız Ermənistanda keçiriləcək AÇ-yə gedir? - AÇIQLAMA

Azərbaycan ağır atletika yığmasının İrəvanda keçiriləcək Avropa çempionatında iştirakı hələ təsdiqlənməyib.

mediasport.az xəbər verir ki, bu barədə "oxu.az" saytına açıqlamasında Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev bildirib.

O, təhlükəsizliyin təmin olunması üçün müraciət etdiklərini, lakin hələ cavab almadıqlarını deyib:

“Biz AAAF olaraq Ermənistanda keçiriləcək Avropa çempionatında iştirakla bağlı Avropa Ağır Atletika Federasiyasına və Dünya Ağır Atletika Federasiyasına müraciət etmişik. Onlardan yarışda iştirakımızla bağlı təhlükəsizlik tədbirlərini əhatə edən zəmanət məktubunun verilməsini istəmişik. Hələ ki, bu məktuba cavab verilməyib. Bu səbəbdən də yarışda iştirakımızı təsdiq etmiş hesab olunmuruq. Yalnız məktub gəldikdən sonra qərar verə bilərik. Təsdiq üçün son tarix 11 apreldir”.

İrəvanda keçiriləcək yarış 15-23 apreldə baş tutacaq. Azərbaycanın 2024-cü il Paris Olimpiadasına lisenziya verəcək Avropa çempionatında beş ağırlıqqaldıranla təmsil olunacağı gözlənilir.