İsrail təmsilçisinin əlini sıxan Mustafa ömürlük cəzalandırıldı

İsrail təmsilçisinin əlini sıxan Mustafa ömürlük cəzalandırıldı

İranın Ağır Atletika Federasiyası millinin üzvü Mustafa Rəcaini İsrail idmançısı Maksim Svirskinin əlini sıxdığına görə ömürlük diskvalifikasiya edib.

Mediasport.az xəbər verir ki, federasiyanın belə sərt qərar çıxarmasına səbəb idmançıların əl görüşünü əks etdirən fotoşəkilin yayılması olub.

Polşanın Veliçka şəhərində keçirilən ağırlıqqaldırma üzrə veteranlar arasında turnirdə israilli idmançı gümüş, Rəcai isə bürünc medal qazanıb və mükafatlandırılma zamanı idmançılar əl görüşərək bir-birlərini təbrik ediblər.

“The Times of Israel” nəşri yazır ki, idmançının sərt cəzalandırılması İranın ali dini lideri Əli Xameneyinin 2021-ci ildə verdiyi fətvadan irəli gəlir. İslam Respublikasının dini ldieri idmançıları medal almaq xətrinə cinayətkar İsrail rejiminin təmsilçilərinin əllərini sıxmamağa çağırmışdı.