AKF rəsmiləri 2 beynəlxalq qurumun rəhbəri ilə görüşüb
Azərbaycan Karate Federasiyasının (AKF) vitse-prezidenti Rəhman Hətəmov və baş katib Qabil Sayadov Dünya Karate Federasiyasının prezidenti Antonio Espinosa və Avropa Karate Federasiyasının baş katibi Davor Çipeklə görüşüblər.
Mediasport.az xəbər verir ki, görüş AKF rəsmilərinin Fransa səfəri zamanı baş tutub.
Rəhman Hətəmov və Qabil Sayadov görüş çərçivəsində federasiyanın fəaliyyəti, planları ilə bağlı Çipeki məlumatlandırıblar.