AKF 2023-cü ilin yekunlarına dair hesabat tədbiri keçirib
Azərbaycan Karate Federasiyası (AKF) 2023-cü ilin yekunlarına dair hesabat tədbiri keçirib.
Mediasport.az xəbər verir ki, federasiya rəhbərliyi ilk olaraq Ümummilli Lider Heydər Əliyevi anıb, onun büstü önünə gül qoyublar.
Dövlət himnimizin səsləndirilməsi ilə başlayan tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov, Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəisi Dənyar Teymurlu və digər rəsmilər iştirak edib.
AKF-nın prezidenti Ülvi Quliyev, Hüquq və İntizam Komitəsinin sədri Həmid Məmmədov çıxış edərək 1 il ərzində qazanılan uğurlardan və görüləş işlərdən danışıb. Federasiyanın baş katibi Qabil Sayadov iştirakçılara təşkilati məsələlərlə bağlı məlumat verib. GİN-in sektor müdiri Aydın Məmmədovun çıxışından sonra söz AKF-in prezidenti Ülvi Quliyevə verilib. Federasiya prezidenti çıxışında bildirib ki, qalib ölkə olan Azərbaycan idman sahəsində də yeni çağırışlarla üz-üzədir. Ülvi Quliyev 2024-cü ildə də karateçilərimizin uğurlu çıxışına inandığını ifadə edib.
Tədbirin sonunda AKF-in media hesabatı təqdim edilib. Tədbir məşqçilərin, idmançıların və media nümayəndələrinin mükafatlandırma mərasimi ilə yekunlaşıb