Avropa çempionatında iştirak edəcək karateçilər müəyyənləşib

Avropa çempionatında iştirak edəcək karateçilər müəyyənləşib

Azərbaycanı Xorvatiyanın Zadar şəhərində keçiriləcək Avropa çempionatında 6 karateçi təmsil edəcək.

Mediasport.az xəbər verir ki, qitə birinciliyinə yollanma namizədlər arasında təşkil olunan şəxsi görüşlər yekunlaşıb.

Seçmə görüşlərin nəticələrinə əsasən, kişilər arasında Fərid Savadovla (60 kq) Fərid Ağayev (75 kq), qadınlarda Fidan Teymurova (50 kq) və Mədinə Sadıqova (55 kq) Avropa çempionatına yollanmaq hüququna yiyələniblər.

Kata seçimlərində isə qadınlarda Ramilə Heydərova, kişilərdə Roman Heydərov bu fürsəti əldə ediblər.

Digər çəki dərəcələri üzrə qitə birinciliyində yarışacaq yığma üzvlərinin adlarına yaxın günlərdə keçiriləcək növbəti seçim görüşləri nəticəsində aydınlıq gələcək.

Qeyd edək ki, karate üzrə Avropa çempionatı mayın 8-12-si aralığında gerçəkləşəcək.