AL və KL-də həftənin ən yaxşı oyunçuları müəyyənləşdi

AL və KL-də həftənin ən yaxşı oyunçuları müəyyənləşdi

Futbol üzrə UEFA Avropa Liqası (AL) və Konfrans Liqasında (KL) 1/8 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçuları müəyyənləşib.

mediasport.az xəbər verir ki, Avropliqada bu ada Portuqaliya "Sportinq"inin qapıçısı Antonio Adan, Konfrans Liqasında isə Belçika "Gent"inin hücumçusu Gift Emmanuel Orban layiq görülüblər.

Adan İngiltərədə "Arsenal"ı penaltilər seriyasında məğlub etdikləri cavab matçında (əsas vaxt - 1:1, penaltilər seriyası - 5:3 - E.S) 7 seyvlə yadda qalıb. Orban isə Türkiyədə "Başakşəhər"ə 4:1 hesabı ilə qalib gəldikləri görüşdə 4 dəqiqəyə het-trik edib.