“Çelsi”dən İsrail-Fələstin münaqişəsinə dair açıqlama

“Çelsi”dən İsrail-Fələstin münaqişəsinə dair açıqlama

İngiltərənin “Çelsi” klubu İsrail və Fələstin arasındakı münaqişə ilə bağlı açıqlama yayıb.

Mediasport.az xəbər verir ki, “zadəganlar” yəhudi icmasının yanında olduqlarını bəyan ediblər:

“Çelsi” klubu ötən həftəsonu İsrailə edilən hücum nəticəsində insanların ölümünə görə son dərəcə kədərlənir. Biz uzun müddətdir antisemitizm dalğası qarşısında (irqçilik ideologiyasının bir növü) İngiltərədə və dünyada yaşayan yəhudi icmasının yanında olduğumuzu bildiririk”.

Öncədən İngiltərə Premyer Liqası ölkə çempionatının 9-cu turunun bütün oyunlarının bir dəqiqəlik sükutla başlayacağını, məşqçilərin və futbolçuların qollarına qara sarğı taxacağını açıqlamışdı.