Aleksey Kaşukun karyerasını harada davam etdirəcəyi müəyyənləşdi

Aleksey Kaşukun karyerasını harada davam etdirəcəyi müəyyənləşdi

Futbol üzrə 2022/2023-cü illər mövsümünü icarə əsasında oynadığı "Sabah"da yüksək səviyyədə keçirən Aleksey Kaşukun karyerasını harada davam etdirəcəyi müəyyənləşib.

mediasport.az xəbər verir ki, Masazır klubunun heyətində saxlamaq istədiyi, lakin futbolçunun məxsus olduğu "Şaxtyor"un buna görə qarşı tərəfdən 5 milyon dollar tələb etməsindən sonra sular, demək olar, durulub.

Ukraynalı jurnalist, Donetsk klubuna yaxınlığı ilə seçilən Viktor Vatsko açıqlama verərək bildirib ki, klubu Kaşuku heyətində saxlayacaq. Onun sözlərinə görə, Donetsk təmsilçisi qarşıdakı mövsüm 23 yaşlı yarımmüdafiəçinin xidmətindən maksimum istifadə edəcək.

Qeyd edək ki, ukraynalı futbolçu geridə qalan mövsüm Azərbaycan Premyer Liqasında 31  oyun keçirib, 16 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.