Diniyev üçün ev, Vüsal üçün səfər görüşü - Türkiyə 1-ci Liqası
Bu gün futbol üzrə Türkiyə 1-ci Liqasında 29-cu tura start veriləcək.
Mediasport.az xəbər verir ki, ilk oyun günündə 3 görüş baş tutacaq.
Azərbaycan milli komandasının üzvləri - Coşqun Diniyevin komandası "Ümraniyəspor" "Şanlıurfaspor"u qəbul edəcək, Vüsal İsgəndərlinin çıxış etdiyi "Boluspor" isə "Sakaryaspor"un qonağı olacaq.
Bolu təmsilçisi yarışın turnir cədvəlində 43 xalla 9-cu, Ümraniyə klubu 34 xalla 11-ci pillədə qərarlaşıb.
Tükiyə 1-ci Liqası. 29-cu tur
6 aprel
"Bodrumspor" - "Keçiörəngücü"
"Ümraniyəspor" - "Şanlıurfaspor"
"Sakaryaspor" - "Boluspor"