DÜNYA REYTİNQİ: Qurbanov Fernandu Santuşdan öndədir
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü məşqçilərinin yeni reytinqini açıqlayıb.
Mediasport.az xəbər verir ki, 2240 xalla "Mançester Siti"dən Pep Qvardiolanın başçılıq etdiyi sıralamada azərbaycanlı mütəxəssislərdən yalnız Qurban Qurbanov yer alıb.
Planetin ən güclü 500 məşqçisi arasında olan təcrübəli çalışdırıcı hesabındakı 1673 xalla 2 pillə geriləyərək 133-cü olub.
Ölkəmizdə çalışanlardan ən yaxşı göstərici “Turan Tovuz”un rusiyalı baş məşqçisi Qurban Berdıyevə məxsusdur.
Tatarıstanlı mütəxəssis 1796 xalla 1 pillə irəliləyərək 54-cü sıraya qalxıb.
Azərbaycan milli komandasının baş məşçqisi Fernando Santuş 1624 xalla siyahıda 184-cüdür.
Portuqaliyalı Avropa çempionu bir addım geriləyib.
“Neftçi”nin ukraynalı çalışdırıcısı Roman Qriqorçuk isə 1481 xalla 423-cü pillədə qalıb.