Almaniyada "Qarabağ"a dəstək olacaq azarkeşlərin nəzərinə!

Almaniyada "Qarabağ"a dəstək olacaq azarkeşlərin nəzərinə!

Martın 14-də UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində Almaniyada keçiriləcək “Bayer” - “Qarabağ” oyununda komandamızı stadionda dəstəkləmək istəyən azarkeşlər üçün ayrılan biletlər satışa çıxarılıb.

Mediasport.az xəbər verir ki, Almaniyada yaşayan azarkeşlər 1790 ədəd bileti artıq iticket.az saytından onlayn əldə edə bilərlər.

1 biletin qiyməti 31 manat təşkil edir.

Bilet əldə etmiş azarkeşlər “BayArena”da baş tutacaq matçdan 3 saat əvvəl onlar üçün ayrılmış SG1, SG2 və SG3 sektorlarının qarşısında (Service Gast) vauçeri biletə dəyişməlidirlər.

Görüş yerli vaxtla saat 22:00-da başlanacaq.

QEYD: Bilet alarkən istifadə etdiyiniz vəsiqə ilə vauçeri biletə dəyişmək mümkündür.