Portuqaliyalı məşqçi: “Qarabağ”la oyunun nəticəsi bizi nokauta saldı"
"Azərbaycana səfərdən sonra məşq zamanı komandada fiziki yorğunluq var. “Qarabağ”la oyunun nəticəsi bizi nokauta saldı".
Mediasport.az xəbər verir ki, bu sözləri Portuqaliyanın “Braqa” klubunun baş məşqçisi Artur Jorje deyib.
52 yaşlı mütəxəssis UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”a ümumi hesabda məğlubiyyət (2:4, 3:2) barədə danışıb:
“Mərhələ keçə bilmədiyimiz üçün çox məyusam. Keyfiyyəti nəzərə alsaq, “Qarabağ”ı keçə bilərdik. İndi vəziyyətdən çıxmaq üçün nə edəcəyimizi bilirik. Bizim öz ambissiyamız var və hədəflərimizə çatmaq üçün mübarizəni davam etdirməliyik. Bəzi səhvlərimiz oldu və bunun cəzasını çəkdik. Artıq daha yaxşısını etməliyik”.
Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın “Bayer” klubu ilə qarşılaşacaq.
İlk oyun martın 7-də Bakıda, cavab görüşü bir həftə sonra Leverkuzendə keçiriləcək.