Messi penaltini qaçırdı, Amerika Kubokunda ilk yarımfinalçı bilindi

Messi penaltini qaçırdı, Amerika Kubokunda ilk yarımfinalçı bilindi

ABŞ-də keçirilən futbol üzrə Amerika Kubokunda ilk yarımfinalçı müəyyənləşib.

Mediasport.az xəbər verir ki, ilk 1/4 final görüşü Argentina və Ekvador yığmaları arasında baş tutub.

Son dünya çempionları rəqibin ciddi müqaviməti ilə üzləşsələr də, penaltilər seriyasında üstün olmağı bacarıblar.

Argentinalıların heyətində dünya futbolunun canlı əfsanələrindən Lionel Messi penaltini qaçırıb.

1/4 finalın digər qarşılaşmalarında Venesuela Kanada ilə, Uruqvay Braziliya ilə, Kolumbiya isə Panama ilə üz-üzə gələcək.

Turnirin finalı iyulun 15-də keçiriləcək.


Amerika Kuboku. 1/4 final


Argentina - Ekvador 1:1 (pen., - 2:1)

Qollar: Lautaro Martines, 35 - Kevin Rodriges, 90+2.