Andrey Lunyov Bakıda olanda bu klublardan konkret rəsmi təklif alıb
"Qarabağ"ın yeni transferi Andrey Lunyovu transfer etmək istəyən klubların adları məlum olub.
mediasport.az xəbər verir ki, 31 yaşlı qolkiper Azərbaycana gəldikdən sonra Belçika və İsrail klublarından rəsmi təklif alıb.
Lakin artıq "Qarabağ"la müqavilə bağlamaq üçün Bakıya gəlmiş təcrübəli kiper Yüksək Liqa klubları - "Kortreyk" (Belçika) və "Makkabi"nin (Təl-Əviv, İsrail) təklifini rədd edib.
Ağdam təmsilçisi rusiyalı qapıçı ilə 1+1 illik müqavilə imzalayıb.
Lunyov karyerası ərzində "Torpedo", "İstra", "Kaluqa", "Saturn", "Ufa", "Zenit" və "Bayer"də (Almaniya) oynayıb.