"Taleyin dönüşü", "Nağıl kimi uğur"... - "Qarabağ"dan danışırlar

"Taleyin dönüşü", "Nağıl kimi uğur"... - "Qarabağ"dan danışırlar

"Qarabağ"ın UEFA Avropa Liqasının 1/8 finalında bu mövsüm Avropada uduzmayan "Bayer"lə sərgilədiyi oyunlar dünya mətbuatının gündəminə damğa vurub.

Mediasport.az xəbər verir ki, Qurban Qurbanovun komandası 1/16 finalda Portuqaliyanın "Braqa" klubu ilə duellərdə olduğu kimi, Almaniya nəhəngi ilə qarşılaşmalarda da təəccübləndirməyi bacardı.

Dünyanın aparıcı KİV-ləri dünən Leverkuzendə baş tutmuş dramatik qarşılaşmaya da xüsusi yer ayırıb, manşetlərdə Azərbaycan çempionu barədə başlıqlar yer alıb.


Məşhur idman saytlarında yer alan paylaşımlardan bəzilərini təqdim edirik

 

BBC Sport: "Bayer"in məğlubedilməzlik seriyası davam edir. Xabi Alonsonun komandası 70-ci dəqiqəyə qədər Azərbaycan klubuna 0:2 uduzurdu...

Socrates: "Bayer"in məğlubiyyətsizlik seriyasını bitirməyə ən çox onlar yaxınlaşdı - Qarabağ FK...

Daily Sports: "Qarabağ" nağıl kimi uğurun bir addımlığında idi. "Bayer"dən möhtəşəm geridönüş...

BR Football: 10 nəfərlə oynayan "Qarabağ" 2:0 hesabı ilə "Bayer"ə qalib gəlməyə çox yaxındır ("Qarabağ"ın 2:0 hesablı üstünlüyü zamanı)...

TRT Sports: Qurban Qurbanovun "Qarabağ"ı Avropaya damğa vurdu, amma olmadı...

Flashscore.com: Patrik Şikin qəhrəmanlığı "Bayer"ə "Qarabağ" üzərində qələbə qazandırdı...

Goal.com: Xabi Alonso ölümsüzdür! "Bayer" inanılmaz 37 oyunluq məğlubiyyətsizlik seriyasını qorudu...

bbc.com: "Bayer" "Qarabağ"ı dramatik şəkildə məğlub edərək Avropa Liqasının 1/4 finalına yüksəldi...

Relevent Sports: "Bayer" "Qarabağ" tərəfindən mübarizədən kənarlaşdırılmağa çox yaxın idi. Son dəqiqələrdə vurulan 2 qol Xabi Alonsonun komandasını xilas etdi...

Beinsports.com: "Bayer" əsas vaxtda iki qol vuraraq “Qarabağ”ı məğlub edib və məğlubiyyətsiz qaldı...

Marca.com: Xabi yenə sarsılmadı - "Bayer" ilk oyunda olduğu kimi geri dönüş etdi...

Sportbox.ru: "Bayer" "Qarabağ"ı əsas vaxtda məğlub edərək, Avropa Liqasının 1/4 finalına yüksəlib...

espndeportes.com: Frimponq və Şikin qolları Almaniya təmsilçisinə böyük xəyallar qurmağa imkan verdi...

Fanatik.com.tr: "Bayer" - "Qarabağ" matçında taleyin dönüşü! Azərbaycan təmsilçisi son anda məğlub oldu...

Vavel.com: "Bayer" toparlanmağı bacardı və bəxti gətirdi ki, hakim vaxtı 10-cu dəqiqəyə qədər uzatdı...